Menyu

Çin yeni hipersəs raketini sınaqdan keçirib

Operativ Media
Çin yeni hipersəs raketini sınaqdan keçirib

Çin Xalq Azadlıq Ordusu yeni YJ-20 hipersəs əleyhinə gəmi raketini sınaqdan keçirib. 

Operativ Media xəbər verir ki, raket böyük tip 055 “Usi” esminesindən buraxılıb və sınağın görüntüləri rəsmi hərbi media tərəfindən yayımlanıb.

Bildirilir ki, raket şaquli buraxılış qurğusundan “soyuq start” üsulu ilə atılıb və hədəfi uğurla vurub.

Raket son mərhələdə manevr edərək raketdən müdafiə sistemlərini dəf etmək imkanına malikdir.

Raketin uçuş məsafəsinin təxminən 1000 kilometr olduğu ehtimal edilir.

Qeyd edilir ki, bu raketin dənizdə yerləşdirilməsi Çin Hərbi Dəniz Qüvvələrinin uzaq dəniz zonalarındakı döyüş imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər.

Əlaqəli Xəbərlər