Menyu

Roma Papası XIV Leo Ukraynaya humanitar yardım göndərib

Operativ Media
Roma Papası XIV Leo Ukraynaya humanitar yardım göndərib
1 dəq oxu

Roma Papası XIV Leo Ukraynanın regionlarına üç yük maşını humanitar yardım göndərib.

Operativ Media xəbər verir ki, bu barədə məlumatı Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti yayıb.

Qeyd edilir ki, yardımın tərkibinə 100 min porsiya dehidratlaşdırılmış şorba daxildir.

"Bir qədər su əlavə edildikdə toyuq və tərəvəzlə zəngin, qidalı şorbalara çevrilən yüz min paket", - deyə məlumatda vurğulanır.

Ərzaq yardımı ən çox atəşə məruz qalan cəbhəyanı bölgələrdə paylanacaq.

Əlaqəli Xəbərlər