Menyu

ABŞ-də iki helikopter havada toqquşub: 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb

Əziz Əzizli
ABŞ-də iki helikopter havada toqquşub: 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb

ABŞ-nin Nyu-Cersi ştatında iki helikopterin havada toqquşmasından sonra polis hadisə yerində aşkar edilmiş qalıqların ətrafında təhlükəsizlik tədbirləri görüb.

Operativ Media xəbər verir ki, xilasetmə və araşdırma qrupları ərazidə yoxlamalara başlayıb. Rəsmilər qəza nəticəsində bir nəfərin həyatını itirdiyini, bir nəfərin isə ağır yaralandığını açıqlayıblar.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) yaydığı məlumata görə, Enstrom F-28A tipli bir helikopter ilə Enstrom 280C tipli digər helikopter Nyu-Cersidə Hammonton Bələdiyyə Hava Limanı yaxınlığında havada toqquşub. Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Əlaqəli Xəbərlər