Siciliyadakı vulkan onlarla metr hündürlükdə kül və lava fəvvarələri yenidən püskürüb.
Operativ Media xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.
Vulkandan çıxan çıxan kül sahil şəhəri olan Taormina və Piano Provenzano xizək kurortuna da düşüb. Şərq yamacından təxminən iki kilometr uzunluğunda lava axını baş verib.
Təxminən 3350 metr hündürlüyündə olan Etna, Avropanın ən böyük aktiv vulkandır. O, ildə bir neçə dəfə püskürərək çoxlu turist cəlb edir.