Ana səhifə / Dünya / Ekvadorda baş verən atışma nəticəsində altı nəfər həlak olub Ekvadorda baş verən atışma nəticəsində altı nəfər həlak olub 29.12.2025, 08:26 Şəfa Hüseynli Ekvadorun Manabi əyalətində baş verən atışmada ən azı altı nəfər ölüb. Operativ Media xəbər verir ki, bu barədə "El Comercio" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, balıqçı kəndində silahlı şəxslər atəş açıblar. Ölənlər arasında iki yaşlı uşaq da olub.