Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 3 polis əməkdaşı həlak olub - YENİLƏNİB 2
Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı 5 şübhəlinin saxlanıldığı bildirilir.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin ədalət naziri Yılmaz Tunç məlumat verib.
***
13:08
Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 3 polis əməkdaşı həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Nazir 6 terroristin zərərsizləşdirildiyini bildirib.
***
08:29
Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 7 polis əməkdaşı yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Vilayət Polis İdarəsinin qrupları şəhər mərkəzinə yaxın, Elmalık kəndinə gedən yolda yerləşən bir evdə İŞİD-ə qarşı əməliyyat keçirib.
Əməliyyat zamanı baş verən atışmada yeddi polis əməkdaşı yaralanıb.
Xəstəxanaya yerləşdirilən polis məmurlarının sağlamlıq vəziyyətinin yaxşı olduğu qeyd edilib.