Menyu

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev dövlət mükafatlarından məhrum edilib

Şəfa Hüseynli
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev dövlət mükafatlarından məhrum edilib

Qırğızıstan Prezidenti Sadır Japarov Almazbek Atambayevin bütün dövlət mükafatlarından məhrum edilməsi barədə fərman imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Qərar Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmünə əsasən qəbul edilib.

Sənədə əsasən,  o, "Qırğızıstan Qəhrəmanı", 2-ci dərəcəli Manas ordeni, Danaker ordeni və "Dank" medalından məhrum edilib.

Əlaqəli Xəbərlər