Menyu

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Birləşmiş Ərəb Əmirliklərinin hərbi yük gəmilərinə zərbələr endirib

Əziz Əzizli
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Birləşmiş Ərəb Əmirliklərinin hərbi yük gəmilərinə zərbələr endirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya rəsmi icazə olmadan BƏƏ-dən Yəmənin Əl-Mukalla limanına doğru hərəkət edən iki gəmiyə hava zərbəsi endirib.

Operativ Media xəbər verir ki, Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi koalisiyanın sözçüsü Turki əl-Malikiyə istinadən məlumat yayıb.

Koalisiya qüvvələri bu səhər həmin iki gəmidən boşaldılan silah və hərbi texnikanı hədəf alan məhdud hərbi əməliyyat həyata keçirib.

Onun sözlərinə görə, gəmilərin heyəti münaqişəni qızışdırmaq məqsədilə Hadramaut və Əl-Mahra əyalətlərində yerləşən Cənub Keçid Şurasının (STC) qüvvələrini dəstəkləmək üçün izləmə sistemlərini söndürüb və çoxlu sayda silah-sursatla hərbi texnika boşaldıb.

Daha əvvəl Birləşmiş Koalisiya Yəmənin Hadramaut bölgəsində yerləşən Əl-Mukalla limanının STC qüvvələri tərəfindən ələ keçirilməsindən sonra hərbi əməliyyatın başlandığını elan etmişdi.

Əlaqəli Xəbərlər