Səudiyyə Ərəbistanı Yəmən limanına zərbə endirib
Şəfa Hüseynli
Yəməndə Asayişin Bərpası Koalisiyanın Birgə Qüvvələr Komandanlığı Yəmənin Əl-Mukalla limanında xarici hərbi yardım yükünə məhdud hava hücumu həyata keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuat agentliyi məlumat yayıb.
Koalisiyanın sözçüsü Turki əl-Maliki açıqlamasında bildirib ki, "Şənbə və bazar günləri iki gəmi Koalisiya Birgə Qüvvələr Komandanlığının icazəsi olmadan Fujairah limanından Əl-Mukalla limanına gəlib. İzləmə sistemləri söndürülmüş gəmilər Cənubi Keçid Şurasına göndərilən çoxlu sayda silah və hərbi nəqliyyat vasitəsini boşaldıblar. Bu hərəkətlər sülh prosesinin və dinc nizamlanmaya nail olmaq səylərinin kobud şəkildə pozulması hesab edilib".