Menyu

İstanbulda Azərbaycan bayrağı altında üzən gəmi həyəcan siqnalı verib - YENİLƏNİB 2

Şəfa Hüseynli
İstanbulda Azərbaycan bayrağı altında üzən gəmi həyəcan siqnalı verib - YENİLƏNİB 2

İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı “Alatepe” tankerinin pərinə ilişib.

ASCO-dan Operativ Media-ya verilən xəbərə görə, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.

Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.

Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir.

Hadisə zamanı gəmidə yük olmayıb.

Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur.

Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək.




***

13:36

"141 metr uzunluğunda "KALBAJAR" adlı tanker və 115 metr uzunluğunda "ALATEPE" adlı tankerin "Küçükçekmece Lövbər Salonunda" bir-biri ilə təmasda olması barədə məlumat aldıqdan və gəmilərin sahilə yaxın olması səbəbindən quru xilasetmə qrupumuz və Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsinə məxsus KURTARMA-9 yedək gəmisi dərhal hadisə yerinə göndərilib".

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi açıqlama yayaraq bildirib.




***

13:25


İstanbulun Florya
 sahillərində iki tankerdən təcili yardım çağırışı daxil olub.


Operativ Media xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.

Sözügedən gəmilərin Azərbaycan və Türkiyə bayraqları altında hərəkət etdiyi bildirilib.

Hadisədən sonra əraziyə xilasetmə qrupları göndərilib.

Əlaqəli Xəbərlər