Menyu

Bir ildə İspaniyaya dəniz yolu ilə çatmağa çalışan 3000-dən çox miqrant həlak olub

Şəfa Hüseynli
Bir ildə İspaniyaya dəniz yolu ilə çatmağa çalışan 3000-dən çox miqrant həlak olub

2025-ci ildə dəniz yolu ilə İspaniya sahillərinə çatmağa çalışarkən 3000-dən çox insan həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə "Daryo.uz" məlumat yayıb.

Təşkilatın "Yaşamaq Hüququnun Monitorinqi 2025" hesabatına görə, bu il ümumilikdə 3090 nəfər həyatını itirib. Qurbanlardan 192-si qadın, 437-si isə yetkinlik yaşına çatmayan olub. Müqayisə üçün, 2024-cü ildə bu ərazidə rekord sayda - 10.000-dən çox ölüm hadisəsi qeydə alınıb.

2025-ci ildə Əlcəzair və Balear adaları arasındakı yolda ölüm hallarında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Cəmi 303 faciə qeydə alınıb ki, bunlardan 121-i məhz Əlcəzair və Balear adaları (xüsusilə İbiza və Formentera) arasında baş verib.

Əlaqəli Xəbərlər