Menyu

İran Kanada Hərbi Dəniz Donanmasını terror təşkilatları siyahısına daxil edib

Operativ Media
İran Kanada Hərbi Dəniz Donanmasını terror təşkilatları siyahısına daxil edib

İran Kanada Hərbi Dəniz Donanmasını terror təşkilatları siyahısına daxil edib.

Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, İran Xarici İşlər Nazirliyi Ottavanın SEPAH-ı (İslam İnqilabı Keşikçiləri Korpusu) qara siyahıya salmaq qərarına cavab olaraq, Kanadanın Hərbi Dəniz Donanmasını terror təşkilatı kimi tanıyıb.

İran Xarici İşlər Nazirliyi bəyan edib ki, Kanada İran silahlı qüvvələrinin rəsmi sütunlarından birini - SEPAH-ı terror təşkilatı kimi tanımaqla beynəlxalq hüququn fundamental prinsiplərini pozub.

Buna uyğun olaraq, İran rəsmi cavab tədbiri olaraq bu addımı atır.

Əlaqəli Xəbərlər