Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazı Misli Premyer Liqasının iki oyununu izləyəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Qərb zonasına səfər edən italyan mütəxəssis çempionatın XXVI turu çərçivəsində bu gün Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Zirə”, martın 11-də isə Tovuz şəhər stadionunda təşkil ediləcək “Turan Tovuz” – “Qəbələ” oyununu izləyəcək.