Menyu

İsveçrədə kurortda partlayışda ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

Operativ Media
İsveçrədə kurortda partlayışda ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

İsveçrənin Kran-Montana dağ-xizək kurortundakı barda baş verən partlayış nəticəsində təxminən 40 nəfər ölüb.

Operativ Media  xəbər verir ki, bu barədə "Le Nouvelliste" qəzeti məlumat yayıb.

Məlumata görə, azı 100 nəfər yaralanıb.

KİV-in məlumatına görə, kurortda bir neçə partlayış baş verib.

Lakin hadisəyə baxmayaraq, kurort fəaliyyətini davam etdirir.

***

12:18

İsveçrədə dağ-xizək kurortunda bir barda baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb.

Operativ Media  xəbər verir ki, bu barədə "Sky News" telekanalı polisə istinadən məlumat yayıb.

Eyni zamanda, 10 nəfərin yaralandığı bildirilib.

Telekanalın məlumatına görə, İsveçrə polisi hadisəni terror aktı hesab etmir.

Əlaqəli Xəbərlər