Menyu

Makron 2027-ci il seçkilərində namizəd olmayacağını açıqlayıb

Operativ Media
Makron 2027-ci il seçkilərində namizəd olmayacağını açıqlayıb

Fransa Prezidenti Emmanuel Makron 2027-ci ildə başa çatan səlahiyyət müddətinin sonuna qədər vəzifəsini icra etmək niyyətində olduğunu açıqlayıb.

Operativ Media xəbər verir ki, Makron bunu həmvətənlərinə Yeni il müraciətində deyib:

"Son saniyəyə qədər çalışacağam, hər gün Fransa vətəndaşları tərəfindən mənə həvalə edilmiş mandatı yerinə yetirməyə çalışacağam".

Fransa prezidenti qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürməyəcəyini bildirib.

"2026-cı ilin sonunda, vaxtı çatanda, 2027-ci il prezidentlik kampaniyası tədricən başlayacaq və bu, son on ildə ilk dəfə mənim iştirak etməyəcəyim seçki kampaniyası olacaq", - deyə dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, o, prezident seçkilərinin mümkün qədər dinc şəkildə, xüsusən də heç bir xarici müdaxilə olmadan keçirilməsini təmin etmək üçün hər şeyi etmək niyyətindədir.

Əlaqəli Xəbərlər