Tramp İtaliya makaron istehsalçılarına qarşı tarifləri azaldıb
Şəfa Hüseynli
ABŞ Prezidenti Donald Tramp iki əsas idxal sektoruna - mebel və makaron sektoruna tarifi azaldıb.
Operativ Media xəbər verir ki, bu barədə "Euronews.com" məlumat yayıb.
Bildirilib ki, italyan makaronlarına qadağanedici tariflər aylarla davam edən danışıqlardan sonra azaldılıb.
Amerika Birləşmiş Ştatları İtaliya makaron istehsalçıları üçün əsas bazardır. Onların ABŞ-yə ixracı 2024-cü ildə təxminən 671 milyon avro təşkil edib ki, bu da İtaliyanın ümumi makaron ixracının təxminən 17%-ni təşkil edir.