Hindistan Pralay kvazi-ballistik raketini uğurla sınaqdan keçirib
Şəfa Hüseynli
Hindistan yerli olaraq hazırlanmış Pralay qısa mənzilli kvazi-ballistik raketinin iki ayrı sınaq buraxılışının uğurla başa çatdığını elan edib.
Operativ Media xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Müdafiə Nazirliyi açıqlamasında müxtəlif növ döyüş başlıqları daşıya bilən hər iki raketin nəzərdə tutulan trayektoriyaları dəqiq izlədiyini və buraxılışların uğurla başa çatdığını bildirib.