Menyu

Fransada Yeni il gecəsi 1000-dən çox avtomobil yanıb

Şəfa Hüseynli
Fransada Yeni il gecəsi 1000-dən çox avtomobil yanıb

Fransada Yeni il gecəsi yandırılan avtomobillərin sayı 1000-i keçib.

Operativ Media xəbər verir ki, bu barədə TASS Fransa Daxili İşlər Nazirliyinin dərc etdiyi yenilənmiş statistikaya istinadən məlumat yayıb.

Yanğın nəticəsində 1173 avtomobil yanıb. Ötən il isə bu rəqəm 984 olub.

Ümumilikdə, Yeni il gecəsi polis və jandarmlar 505 nəfəri saxlayıb, onlardan 403-ü nəzarətə götürülüb. Parisdə  zorakılıq və vandalizm ittihamı ilə 125 nəfər saxlanılıb, onlardan 75-i həbs edilib. 

Əlaqəli Xəbərlər