Yəmənin Ədən hava limanı fəaliyyətini dayandırıb
Şəfa Hüseynli
Yəmənin ikinci böyük şəhəri olan Ədənin hava limanı fəaliyyətini dayandırıb.
Operativ Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, hava əlaqəsi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçuşlara qoyulan məhdudiyyətlərlə bağlı yaranan fikir ayrılıqları fonunda kəsilib.
Agentliyin məlumatına görə, husilərin nəzarətindən kənarda olan hava limanının terminalında uçuş gözləyən sərnişinlər toplanıblar.
Səudiyyə Ərəbistanındakı mənbə bəyan edib ki, tətbiq edilən məhdudiyyətlər yalnız Ədən və BƏƏ arasındakı reyslərə aiddir və regionda gərginliyi azaltmağa yönəlib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net