Menyu

Kosmosda Saturn böyüklüyündə planet kəşf edilib

Şəfa Hüseynli
Kosmosda Saturn böyüklüyündə  planet kəşf edilib

Astronomlar Süd Yolu qalaktikasının mərkəzində Saturn ölçüsündə “didərgin planet” aşkar ediblər.

Operativ Media xəbər verir ki, bu barədə  “Science” jurnalında dərc olunan elmi məqalədə qeyd olunub.

Astronomlar ilk dəfə olaraq, sistemin kəskin şəkildə parçalanmasından sonra qalaktikaya atılan bu Saturn kütləli planetin çəkisini birbaşa ölçməyi bacarıblar.

Bildirilib ki, qeyd olunan səma cismi Yerdən 9,9 min işıq ili məsafəsində, Oxatan bürcündə yerləşir. Bu kəşf təsdiqləyib ki, iri planetlər çox nadir hallarda onları yaradan ulduz sistemlərindən kənara atıla bilərlər.

Astronomlar eyni vaxtda bir neçə olduqca sönük və soyuq səma cismi aşkar ediblər ki, bunlara tez-tez "didərgin planetlər" deyilir.

Əlaqəli Xəbərlər