Menyu

"İPhone 17" smartfonlarında problem tapılıb

Şəfa Hüseynli
"İPhone 17" smartfonlarında  problem tapılıb

"İPhone 17 Pro" və "iPhone 17 Pro Max" modellərinin bəzi istifadəçiləri qeyri-adi problemlə üzləşiblər.

Operativ Media "Dijitaltrend" nəşrinə istinadən xəbər verir ki, telefon enerji yığımı zamanı, ekran açıq olduqda, dinamiklərdən zəif xışıltı səsi eşidilir.

İstifadəçilərin bildirdiklərinə görə, bu səs yalnız şarj qurğuya qoşulduqda yaranır - istər kabel vasitəsilə, istərsə də "MagSafe" simsiz enerji yığımı zamanı. Şarj kəsildikdə isə səs də yox olur.

Bəzi istifadəçilər cihazlarını zəmanət çərçivəsində dəyişiblər, lakin eyni problem bəzən yeni götürdükləri telefonlarda da ortaya çıxıb.

Əlaqəli Xəbərlər