Çin Tayvan yaxınlığındakı sulara raketlər atıb, yeni hücum gəmilərini nümayiş etdirib və ada dövlətini mühasirəyə almağı məşq edib.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Çin qüvvələri dəniz və hava hədəflərinə zərbələr endirməyi simulyasiya edib və ada ətrafında sualtı qayıqlara qarşı təlimlər keçirib , dövlət mediası isə Pekinin texnoloji və hərbi üstünlüyünü və lazım gələrsə Tayvanı güclə ələ keçirmək qabiliyyətini təbliğ edən görüntülər yayımlayıb.