Menyu

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 26 nəfər həbs olunub

Şəfa Hüseynli
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 26 nəfər həbs olunub

Türkiyənin Yalova əyalətində  3 polis məmurunun şəhid olduğu hücumdan sonra şəhərdə İŞİD terror təşkilatını hədəf alan eyni vaxtda keçirilən basqınlarda saxlanılan 42 şübhəlidən 26-sı həbs edilib.

Operativ Media xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.

Bildirilib ki,  İsmet Paşa Məhəlləsində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı bir evdən atəş açılıb.

Zabitlər İlker Pehlivan, Turqut Külünk və Yasin Koçyiğit şəhid olub, 8 polis və 1 mühafizəçi yaralanıb.

Ünvanda yaşayan beş qadın və altı uşaq təhlükəsiz şəkildə təxliyə edilib, baş verən qarşıdurmada isə altı İŞİD terrorçusu öldürülüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər