İran ABŞ-nin ölkənin işlərinə müdaxiləsinin regionda sabitliyi pozmaq demək olduğunu bildirib
Şəfa Hüseynli
ABŞ-ın İranın daxili işlərinə müdaxiləsi bütün Yaxın Şərqdə sabitliyi pozmağa bərabərdir.
Operativ Media xəbər verir ki, bu barədə İran Təhlükəsizlik Şurasının katibi Əli Laricani Trampın təhdidlərinə cavab olaraq bildirib.
“Biz etiraz edən sahibkarların mövqeyini təxribatçı elementlərdən ayrı bilirik və Tramp bilməlidir ki, Amerikanın bu daxili məsələyə müdaxiləsi bütün regionun sabitliyinin pozulmasına və ABŞ maraqlarının məhvinə bərabərdir”, - Laricani qeyd edib.