Tacikistan vergilər və dövlət rüsumları üçün baza göstəricisini yenidən nəzərdən keçirir
Tacikistan 2026-cı il yanvarın 1-dən etibarən cərimələrin, dövlət rüsumlarının, vergilərin, sosial müavinətlərin və digər məcburi ödənişlərin məbləğlərini müəyyən etmək üçün istifadə edilən baza dəyəri olan hesablama göstəricisini artırıb.
Operativ Media xəbər verir ki, bu barədə Tacikistan KİV məlumat yayıb.
İllik dövlət büdcəsi qanununa əsasən, bu göstərici 75 somonidən 78 somoniyə (8,45 dollar) yüksəlib.
Bu artım həm cərimələrin qiymətinə, həm də bir sıra pullu xidmətlərin qiymətinə təsir göstərərək cüzdana ağır zərbə vurub. Xüsusilə, könüllü pullu hərbi xidmət haqqı 56.250 somonidən (6096 dollar) 58.500 somoniyə (6338 dollar) qədər artıb.
Rəsmi məlumatlara görə, Tacikistanda hesablama göstəricisi son on ildə təxminən iki dəfə artaraq 2014-2015-ci illərdə 40 somoni (4,33 dollar) olan göstəricidən 2026-cı ildə 78 somoni (8,45 dollar) səviyyəsinə yüksəlib.