Zelenskinin Ofisinə Kirill Budanov rəhbərlik edəcək - YENİLƏNİB
Kirill Budanov Ukrayna Prezidenti Volodimir Zelenskinin Prezident Ofisini idarə etmək təklifini qəbul etdiyini bildirib.
Operativ Media xəbər verir ki, bu barədə o, telegramda yazıb.
Bildirilib ki, o, vəzifəni ölkəsi qarşısında məsuliyyətin daha bir mərhələsi kimi qəbul etdiyini əlavə edib.
"Ukrayna üçün tarixi bir anda dövlətimizin strateji təhlükəsizliyinin həlledici məsələlərinə diqqət yetirmək mənim üçün şərəf və məsuliyyətdir", - deyə Budanov vurğulayıb.
***
16:20
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanova Prezident Ofisinə rəhbərlik təklif edib.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında məlumat verib.
V.Zelenski seçimini Ukraynanın təhlükəsizliyinin, ölkənin müdafiəsinin gücləndirilməsinin və danışıqlarda diplomatik yola diqqət yetirilməsinin vacibliyi ilə izah edib.