Menyu

İsveçrə ATƏT-ə bir illik sədrliyə başlayır

Şəfa Hüseynli
İsveçrə ATƏT-ə bir illik sədrliyə başlayır

İsveçrə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) illik sədrliyinə başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

"Biz (diplomatik danışıqlarda) vasitəçilik təcrübəmizdən dialoqu dəstəkləmək, etimad yaratmaq və təhlükəsizliyi gücləndirmək üçün istifadə edəcəyik".- İsveçrənin xarici işlər naziri İqnazio Kassis bildirib.

Onun sözlərinə görə, İsveçrə ATƏT-ə sədrlik dövründə çoxtərəfli və inklüziv diplomatiyanı gücləndirməyi, demokratik təsisatları təşviq etməyi və insan hüquqlarının üstünlüyünü dəstəkləməyi planlaşdırır.


İsveçrə ATƏT-ə sədrliyi 1996 və 2014-cü illərdə sədrlik etdikdən sonra üçüncü dəfə öz üzərinə götürəcək. Ölkə neytral statusuna və sülh danışıqlarında vasitəçilik ənənəsinə görə beynəlxalq diplomatiyada fəal rol oynayıb.

Əlaqəli Xəbərlər