Menyu

Yəmən hakimiyyəti BƏƏ-nin dəstəklədiyi cənub separatçılarına qarşı əməliyyata başlayıb

Şəfa Hüseynli
Yəmən hakimiyyəti BƏƏ-nin dəstəklədiyi cənub separatçılarına qarşı əməliyyata başlayıb

Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökuməti, Husi əleyhdarları düşərgəsində gərginliyin kəskin şəkildə artması fonunda Hadramaut əyalətində əməliyyata başladığını elan edib.

Operativ Media xəbər verir ki, bu barədə "Al Arabiyya" məlumat yayıb.

Yəmən hakimiyyətinin açıqlamasında əməliyyatın "dinc xarakter daşıdığı" və əvvəllər BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurası tərəfindən nəzarət edilən hərbi obyektlər üzərində nəzarəti bərpa etmək məqsədi daşıdığı bildirilib.

Qərarı Yəmənin Hadramaut əyalətinin qubernatoru Salem Əhməd Səid əl-Hunbaşi açıqlayıb və ona şərq əyalətində bütün hərbi, inzibati və təhlükəsizlik səlahiyyətləri verilib.

Əlaqəli Xəbərlər