Finlandiyada sualtı telekommunikasiya kabelinə dəyən ziyanla bağlı iki nəfər həbs edilib
Şəfa Hüseynli
Finlandiya hakimiyyəti bu həftənin əvvəlində Finlandiya və Estoniya paytaxtları arasında Finlandiya körfəzində baş verən sualtı telekommunikasiya kabelinə dəyən ziyanla əlaqədar iki nəfəri həbs edib.
Operativ Media xəbər verir ki, bu barədə "Al Arabiyya" məlumat yayıb.
Finlandiya Milli Polis Komissarı İlkka Koskimaki bu həftənin əvvəlində gəminin Finlandiyanın iqtisadi zonasında aşkar edildikdə saatlarla lövbərini çəkdiyini bildirib.