İsmayıl Bəqayi: İran xarici müdaxiləyə icazə verməyəcək
Şəfa Hüseynli
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampın son açıqlamalarını sərt tənqid edərək, onları ölkənin daxili işlərinə müdaxilə adlandırıb.
Operativ Media xəbər verir ki, bu barədə "IRNA" məlumat yayıb.
Bəqayi qeyd edib ki, İran xalqı daxili problemlərini dialoq və əməkdaşlıq yolu ilə təkbaşına həll edə bilir və kənardan köməyə ehtiyac duymur.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, "İranlılar problemlərinin həlli prosesinə heç bir xarici müdaxiləyə yol verməyəcəklər".