Menyu

MDB-yə sədrlik 2026-cı il yanvarın 1-dən Tacikistandan Türkmənistana keçib

Şəfa Hüseynli
MDB-yə sədrlik 2026-cı il yanvarın 1-dən Tacikistandan Türkmənistana keçib

Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik 2026-cı il yanvarın 1-dən Tacikistandan Türkmənistana keçib.

Operativ Media xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov əvvəllər ölkəsinin sədrliyi dövründə təşkilatın potensialının tam şəkildə reallaşmasına töhfə vermək niyyətində olduğunu bildirmişdi.

O bildirib ki, Türkmənistan MDB-yə sədrliyin qəbul edilməsini bütün üzv dövlətlər tərəfindən hörmət və etimadın, eləcə də ölkənin Birliyin inkişafına verdiyi töhfənin tanınmasının əlaməti kimi qəbul edir.

Onun sözlərinə görə , Türkmənistan ölkənin ən aktual hesab etdiyi ehtiyacları nəzərə alaraq, dövlətlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı öz vizyonunu və yanaşmalarını əks etdirən MDB-yə sədrlik konsepsiyası hazırlamağı planlaşdırır. Konsepsiya hələlik ictimaiyyətə açıqlanmayıb.

Əlaqəli Xəbərlər