Oleq İvaşenko Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin rəhbəri təyin olunub
Şəfa Hüseynli
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin (GUR) rəhbəri postuna Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəisi Oleq İvaşenkonu təyin edib.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
“Bu gündən etibarən, Oleq İvaşenko ölkəmizə xidmət etmək Rusiyanın hərbi potensialını məhdudlaşdırmaq üçün tapşırıqları Ukrayna hərbi kəşfiyyatı mövqelərində yerinə yetirəcək”, - Zelenski qeyd edib.