Menyu

Tramp və Sanae Takaiçi ABŞ-də keçiriləcək sammitdə görüşəcəklər

Şəfa Hüseynli
Tramp və Sanae Takaiçi ABŞ-də keçiriləcək sammitdə görüşəcəklər

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra sammitin yazda ABŞ-də keçirilməsi barədə razılığa gəldiklərini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.

Takaiçi qeyd edib ki, telefon danışığı zamanı tərəflər həmçinin Cənubi Koreya və digər müttəfiqlərlə azad və açıq Hind-Sakit Okean regionunun təşviqi sahəsində əməkdaşlığı bir daha təsdiqləyiblər.

Baş nazirin sözlərinə görə, Tramp və Takaiçi təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığı dərinləşdirmək barədə də razılığa gəliblər.

Əlaqəli Xəbərlər