ABŞ Polşadakı hərbi bazalarının inkişafına 500 milyon dollardan çox sərmayə qoyacaq
Şəfa Hüseynli
Vaşinqton Polşa Respublikasında yerləşən hərbi bazalarının inkişafına 500 milyon dollardan çox sərmayə qoyacaq.
Operativ Media xəbər verir ki, bu barədə Respublikanın Milli Müdafiə Nazirinin müavini Sezari Tomçik bildirib.
"ABŞ hökuməti Polşada dörd bazanın - Dravsko Pomorskie, Povidz, Vrotslav və Laskda - inkişafı üçün 500 milyon dollardan çox investisiya planını təsdiqləyib", - Tomçik bildirib. Hazırda Polşada təxminən 10.000 Amerika əsgəri var.