Menyu

İlon Mask Somalinin BMT-dəki səfirinin həbs olunmasını tələb edib

Şəfa Hüseynli
İlon Mask Somalinin BMT-dəki səfirinin həbs olunmasını tələb edib

"SpaceX" şirkətinin qurucusu İlon Mask Somalinin BMT-dəki daimi nümayəndəsi Abukar Dahir Osmanın həbs edilməsinə çağırıb.

Operativ Media  xəbər verir ki, Mask bununla bağlı açıqlamanı "X" sosial şəbəkəsində yazıb.

Mask, Osmanın əvvəllər Amerika vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən və "Medicaid" fırıldaqçılığında günahkar bilinən bir səhiyyə şirkətinə sahib olduğunu iddia edən bir paylaşımda "Onu həbs edin" yazıb.

Paylaşımda həmçinin diplomatın guya hökumətin "Medicaid" agentliyində nəzarətçi işlədiyi iddia edilib.

Əlaqəli Xəbərlər