Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri Qəzzadakı ağır humanitar vəziyyətlə bağlı birgə bəyanat yayıblar.
Operativ Media xəbər verir ki,bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bəyanatda İsrail işğalı altındakı Qəzza zolağında humanitar yardımın fasiləsiz şəkildə təmin edilməsi və Refah Sərhəd Keçid Məntəqəsinin iki istiqamətli açılması üçün çağırış edilib.