İran kriptovalyuta üçün raket və dron satmağı təklif edir
Şəfa Hüseynli
İran Müdafiə Nazirliyinin ixrac mərkəzi olan "Mindex" alıcılara rəqəmsal valyutalarda ödənişlə hərbi müqavilələr üzrə danışıqlar aparmaq imkanı təklif edir. Beləliklə, ölkə "Shahed" dronları, "Emad" raketləri, "Shahid Soleimani" sinifli gəmilər, hava hücumundan müdafiə sistemləri və digər silahları kriptovalyuta qarşılığında tədarük etməyə hazırdır.
Operativ Media xəbər verir ki, bu barədə "Mindex"in veb-saytı məlumat yayıb.
Kriptovalyuta və İran rialı ödəniş kimi qəbul edilə bilər.
Eyni zamanda "Financial Times" qəzetinin mərkəzdən əldə etdiyi materiallara istinadən verdiyi məlumata görə, agentlik həmçinin "barter müqavilələri" bağlamağa hazırdır.