Menyu

İranda bir qrup etirazçının silahları müsadirə edilib

Operativ Media
İranda bir qrup etirazçının silahları müsadirə edilib

İranın Xuzistan əyalətinin Şuştar şəhərində polis əməkdaşları bir qrup etirazçını saxlayıb və onlardan odlu silah və bıçaqlı silahlar müsadirə edib.

Operativ Media xəbər verir ki, bu barədə vilayətin polis rəisi Fərşad Kazemi deyib.

"Hüquq-mühafizə orqanları əməkdaşlarının sayıqlığı və vaxtında görülən tədbirləri sayəsində bir neçə qayda pozucusu müəyyən edilərək saxlanılıb, həmçinin onlardan bir ədəd Colt tapançası, 12 ədəd soyuq silah və bir ədəd daraq tapılıb", - deyə o bildirib.


F.Kazemi vətəndaşları cinayətkarların əhali arasında nifaq salmaq və ölkədə iğtişaş yaratmaq cəhdlərinə qarşı ayıq-sayıq olmağa çağırıb.

Əlaqəli Xəbərlər