ABŞ Venesuelaya desant qüvvələri endirib - YENİLƏNİB 2
ABŞ-nin Venesuela ərazisində azı 11 hədəfə hücum etdiyi bildirilir.
Operativ Media xəbər verir ki, hədəflərdən biri Venesuela parlamentinin binası olub.
Hücumlarla bağlı rəsmi qurumlar tərəfindən hələlik əlavə detallar açıqlanmayıb.
11:29
Venesuelada atəş səsləri eşidilməkdə davam edir.
Operativ Media xəbər verir ki, yerli mənbələr ABŞ Hərbi Hava Qüvvələrinin paytaxt Karakas və digər ərazilərdəki hərbi bazalara daha bir neçə zərbə endirdiyini bildirirlər.
ABŞ-nin Karakasa desant qüvvələri endirməsi barədə məlumatlar yayılıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri Venesuela müdafiə naziri Vladimir Padrino Lopezin evinə də zərbə endirib.
Karakas mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Venesuela üzərində hava məkanı tamamilə bağlanıb.
10:38
Venesuelada partlayışlar qeydə alınıb.
Operativ Media xəbər verir ki, Venesuelanın paytaxtı Karakas üzərində hava hücumu ilə bağlı həyəcan siqnalları çalınıb.
Məlumata görə, paytaxda bir çox istiqamətlərdə partlayış səsləri eşidilir.
Həmçinin şəhərdə elektrik enerjisinin kəsildiyi bildirilib.