Menyu

Türkiyə Venesuelaya uçuşları dayandırıb

Operativ Media
Türkiyə Venesuelaya uçuşları dayandırıb

“Turkish Airlines” ABŞ-nin Venesuelaya hücumu fonunda Karakasa uçuşları ləğv edib.

Operativ Media xəbər verir ki, bu barədə "Airpohaber" portalı məlumat yayıb.

Bildirilib ki, mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar aviaşirkət Karakas istiqamətində bütün reysləri dayandırıb.

Yanvarın 3-də "Associated Press" agentliyi Karakasda azı yeddi partlayışın baş verdiyini və şəhər üzərindən bir neçə təyyarənin uçduğunu xəbər verib.

Sonradan məlum olub ki, partlayış Venesuelanın şimalında, Varqas ştatında yerləşən La-Quayra hərbi-dəniz bazasında baş verib.

"CBS News" jurnalisti Cennifer Ceykobs ABŞ Prezidenti Donald Trampın Venesuela ərazisində, o cümlədən hərbi obyektlərə zərbələr endirilməsi barədə göstəriş verdiyini bildirib. 

Əlaqəli Xəbərlər