Menyu

Tramp: ABŞ-nin Venesueladakı əməliyyatı zamanı çoxlu kubalı həlak olub

Operativ Media
Tramp: ABŞ-nin Venesueladakı əməliyyatı zamanı çoxlu kubalı həlak olub
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuela lideri Nikolas Maduronu qoruyan çoxlu Kuba vətəndaşı Birləşmiş Ştatların Venesueladakı hərbi əməliyyatı zamanı həlak olub.

Operativ Media-nın məlumatına görə, o, bu açıqlamanı Milad və Yeni il tətillərini Mar-a-Laqodakı iqamətgahında keçirdiyi Vest-Palm-Biçdən Vaşinqtona gedən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən verib.

"Bilirsiniz, dünən (yanvarın 3-də red) çoxlu kubalı öldü. Bu sizə məlumdur. Çoxlu kubalı öldü", - Tramp bildirib.

O, ABŞ tərəfində itki olmadığını bildirib. "Bizim tərəfdə ölüm olmayıb, amma təəssüf ki, digər tərəfdə çoxlu ölüm olub. Dünən onu qorumağa çalışan çoxlu kubalı öldü", - ABŞ lideri qeyd edib.

Kuba Prezidenti Migel Dias-Kanel öz növbəsində həlak olan həmvətənlərinin xatirəsini yad edərək bildirib ki, onlar yanvarın 3-də ABŞ-nin hərbçiləri tərəfindən qaçırılan Venesuela Prezidenti Nikolas Maduronu müdafiə edirlər. "Cəsur Kuba döyüşçülərinə şərəf və şöhrət", - Dias-Kanel sosial mediada yazıb.

Əlaqəli Xəbərlər