Menyu

ABŞ Prezidenti Kolumbiyada hərbi əməliyyat ehtimalından danışıb

Operativ Media
ABŞ Prezidenti Kolumbiyada hərbi əməliyyat ehtimalından danışıb

ABŞ prezidenti Donald Tramp Kolumbiyada hərbi əməliyyatın keçirilə biləcəyini istisna etməyib.

Operativ Media  xəbər verir ki, o, bu barədə Uest-Palm-Biçdən Vaşinqtona uçarkən jurnalistlərə açıqlama verib.

Venesuelanı ABŞ üçün “xəstə qonşu” adlandıran Tramp Kolumbiya ilə bağlı da oxşar ifadələr işlədib.

Onun sözlərinə görə, ölkəni kokain istehsal edib ABŞ-a satan “xəstə bir şəxs” idarə edir və bu vəziyyət uzun sürməyəcək.

ABŞ-nin Kolumbiyada hərbi əməliyyat keçirmə ehtimalı ilə bağlı suala Tramp “bu, pis səslənmir” cavabını verib.

Eyni zamanda Tramp Kuba hakimiyyətinin maliyyə mənbələrinin tükənməsi səbəbindən süquta yaxın olduğunu iddia edib.

O bildirib ki, Kuba əvvəllər Venesuela neftindən gəlir əldə edirdi, lakin hazırda bu mənbə mövcud deyil və ölkə “sözün əsl mənasında çökməyə hazırdır”.

ABŞ-nin Kubaya qarşı mümkün güc tətbiqi ilə bağlı suala cavab verən Tramp əlavə edib ki, Vaşinqtonun hər hansı addım atmasına ehtiyac qalmaya bilər, çünki Kuba öz-özünə süqut edə bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər