Böyük Britaniya və Fransa Suriyada İŞİD hədəflərinə birgə hücum həyata keçirib
Şəfa Hüseynli
Britaniya və Fransa qədim Palmira şəhərinin şimalındakı ərazidə İŞİD yaraqlıları tərəfindən silah və partlayıcı maddələr saxlamaq üçün istifadə edildiyi iddia edilən yeraltı obyektə hava hücumu həyata keçiriblər.
Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərbənin hədəfi dağlıq ərazidə yeraltı tunellər şəbəkəsi olub və kəşfiyyat təhlillərinə görə, burada İŞİD silah anbarı yerləşib.