BMT Təhlükəsizlik Şurası Venesuela ilə bağlı iclas keçirəcək
Şəfa Hüseynli
BMT Təhlükəsizlik Şurası ABŞ-nin Venesuelaya qarşı əməliyyatını müzakirə etmək üçün bu gün təcili iclas keçirəcək.
Operativ Media xəbər verir ki, bu barədə təşkilat rəsmiləri bildirib.
Qeyd edək ki, Floridadakı Mar-a-Lago malikanəsində Venesuelanın gələcəyi barədə danışan Tramp keçid dövrü bitənə qədər ABŞ-nin ölkəyə rəhbərlik edəcəyini bildirib.