Menyu

Tokayev BMT-də işə qayıtmaq niyyətində deyil

Xəbərlər redaksiyası
Tokayev BMT-də işə qayıtmaq niyyətində deyil

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-yə qayıtmaq istəmədiyini, lakin bir neçə dövlət başçısı ilə qapalı məsləhətləşmələrdə iştirak etdiyini vurğulayıb.

Operativ Media xəbər verir ki, bu barədə Tokayev "Türküstan" qəzetində dərc olunmuş müsahibəsində bildirib.

"Beynəlxalq mübahisələrdə vasitəçilik etmək istəyim yoxdur və bir sıra ölkələrin təzyiqlərinə baxmayaraq, BMT-yə qayıtmaq istəmirəm. Lakin, xüsusən də bir neçə dövlət başçısı mənim fikrimlə maraqlandığı üçün qapalı məsləhətləşmələrdə və müzakirələrdə iştirak edirəm. Bu vacib işin mediada işıqlandırılmasına ehtiyacım yoxdur; mən populist deyiləm. Görünür, bu məqam pərdəarxası məsləhətləşmələrin iştirakçıları üçün də vacibdir".- Tokayev qeyd edib.


Əlaqəli Xəbərlər