İsrail və Suriya Parisdə yeni danışıqlar aparacaq
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barrakın himayəsi altında Parisdə İsrail və Suriya nümayəndə heyətləri arasında yeni danışıqlar mərhələsi planlaşdırılır.
Operativ Media xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" qəzeti məlumat yayıb.
Bildirilib ki, tərəflər iki ay əvvəl dayandırılmış dialoqu bərpa edəcəklər. Məqsəd Holan yüksəkliklərində İsrail və Suriya qüvvələri arasında 1974-cü ildə ayrılma müqaviləsini əvəz edəcək təhlükəsizlik tənzimləmələri barədə razılığa gəlməkdir. Yeni sənəddə İsrail qoşunlarının ötən ilin dekabrında işğal edilmiş Dəməşqin cənubundakı ərazilərdən çıxarılması müqabilində cənubi Suriyanın silahsızlaşdırılması nəzərdə tutulacaq.
Paris görüşlərindəki nümayəndə heyətlərinə Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani və İsrailin ABŞ-dəki səfiri Yeyxiel Leyter rəhbərlik edəcək. Daha əvvəl İsrailin baş danışıqçısı noyabrın əvvəlində beş görüş mərhələsinə rəhbərlik etdikdən sonra istefa verən keçmiş strateji planlaşdırma naziri Ron Dermer idi.