Danimarkanın Baş naziri Mette Frederiksen Tramp administrasiyasını Qrenlandiyaya qarşı təhdidlər etməyi dayandırmağa çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə Mette sosial şəbəkə hesabında məlumat yayıb.
O qeyd etdi ki, NATO üzvləri olaraq Danimarka və Qrenlandiya ittifaq tərəfindən qorunur və ABŞ ilə müdafiə müqaviləsi artıq ölkəyə Qrenlandiyaya geniş çıxış imkanı verir.
Baş nazir həmçinin Danimarkanın Arktikada təhlükəsizliyin təmin edilməsinə əhəmiyyətli dərəcədə sərmayə qoyduğunu bildirib.