Menyu

İndoneziyada daşqınlar nəticəsində 6 nəfər həlak olub, 4 nəfər yaralanıb

Şəfa Hüseynli
İndoneziyada daşqınlar nəticəsində 6 nəfər həlak olub, 4 nəfər yaralanıb

İndoneziyanın şərqindəki Şimali Sulavesi əyalətində yaşayış məntəqələrini bürüyən daşqınlar nəticəsində altı nəfər həlak olub, dörd nəfər isə yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "Antara" xəbər agentliyi məlumat yayıb.

Təsirə məruz qalan məhəllələrdən sakinlər təxliyə edilib. İlkin məlumatlara görə, ümumilikdə 108 nəfər olmaqla 35 ailə köçürülüb. Sel, həmçinin beş evi yararsız hala salıb və Şərqi Siau ilə Cənub-Şərqi Siau rayonları arasındakı yola zərər vurub.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Əlaqəli Xəbərlər