Rusiyada 35 yük qatarı vaqonu relsdən çıxıb
Şəfa Hüseynli
Rusiyanın Amur bölgəsində Trans-Baykal Dəmir Yolunun Qonja-Qudaçi hissəsində 35 yük qatarı vaqonu relsdən çıxıb.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi məlumat yayıb.
"Yanvarın 5-də Maqdaqaçinski bələdiyyə rayonunda Trans-Baykal Dəmir Yolunun Qonja-Qudaçi hissəsində yük qatarı relsdən çıxıb. Qəza nəticəsində 35 vaqon xəsarət alıb. Dəmir yolu infrastrukturuna ziyan dəyib. Ekoloji təhlükə yoxdur", - deyə bəyanatda bildirilir.
Qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə xilasetmə qatarları göndərilib.