Qrenlandiyanın Baş naziri Vaşinqtonu adaya təzyiq göstərməyi dayandırmağa çağırıb
Operativ Media
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ-nin adaya qarşı təkrarlanan ritorikasını hörmətsiz və qəbuledilməz hesab edir. O, Vaşinqtonu təzyiqlərə, işarələrə və ilhaq xəyallarına son qoymağa çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə nazir feysbuk hesabında yazıb.
"Biz nəsillər boyu ABŞ-ın yaxın və sadiq dostu olmuşuq, çətin anlarda çiyin-çiyinə dayanmışıq". "Buna görə də ABŞ-ın təkrarlanan ritorikası tamamilə qəbuledilməzdir. ABŞ prezidenti Qrenlandiyaya ehtiyac duyulduğundan danışanda və bizi Venesuela və hərbi müdaxilə ilə əlaqələndirəndə bu, sadəcə səhv deyil, həm də hörmətsizlikdir".- nazir qeyd edib.